"Euronews" - Avropa Komissiyası İspaniyanın 500 000 miqranta ölkədə yaşayış və iş icazəsi vermək qərarından narazıdır
"Euronews" - Avropa Komissiyası İspaniyanın 500 000 miqranta ölkədə yaşayış və iş icazəsi vermək qərarından narazıdır

 

Avropa Komissiyası İspaniyanın 500 000 miqrantı qanuniləşdirmək qərarından narazıdır. Bu haqda məlumatı “Euronews” yayır.

Yüksək vəzifəli məmurlardan biri “Euronews”a bildirib ki, bu qərar digər miqrantlara pis siqnal göndərə bilər.

“Bu, miqrasiya məsələsində Avropa İttifaqının ruhuna uyğun deyil” – anonimlik şərti ilə daha bir yüksək vəzifəli məmur bildirib.

Yanvarın sonlarında elan edilən İspaniyanın qərarı 2025-ci ilin 31 dekabr tarixindən əvvəl ölkəyə daxil olan şəxslərə şamil edilir.

Yeni qərara əsasən, miqrantlara illik yaşayış icazəsi və İspaniya iqtisadiyyatının istənilən sektorunda işləmək hüququ veriləcək.