“Euronews” – Avropa İttifaqının 11 ölkəsi xarici siyasətdə “maneəçi” vetonun ləğv olunmasını tələb edir

18:24, 01.09.2026

 

Avropa İttifaqının 11 ölkəsi xarici siyasətdə “maneəçi” vetonun ləğv olunmasını tələb edir.

Avstriya, Danimarka, Belçika, Finlandiya, Fransa, Almaniya, Lüksemburq, Niderland, Rumıniya, İspaniya və İsveç xarici siyasətdə yekdillikdən ixtisaslaşdırılmış səsçoxluğuna keçid ideyasını öyrənməyə çalışırlar.

Ölkələr qrupu iddia edir ki, səmimi əməkdaşlıq prinsipi prioritet olmalıdır.

“İttifaqın konsensus mədəniyyəti onun legitimliyinin mühüm mənbəyidir. Bu səbəbdən biz mümkün olan hər yerdə konsensusa can atmağa davam edirik. Lakin biz həmçinin təmin etməliyik ki, bu konsensus mədəniyyəti ümumi fəaliyyətə maneə olmasın, əksinə ona dəstək olsun – əks halda bizim legitimliyimiz olacaq, lakin gücümüz olmayacaq” – ölkələrin Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalasa ünvanladıqları məktubda deyilir.

Avropa İttifaqının qaydalarına əsasən, xarici siyasət sərt şəkildə yekdilliklə tənzimlənir, bu da bir ölkənin istənilən vaxt qalan 26 üzv dövlətin əl-qolunu bağlaya biləcəyi deməkdir.

Oxşar