“Euronews” – 2026-cı ilin ilk on ayında Avropa İttifaqı Arktikadan alınan mayeləşdirilmiş rus təbii qazına 8,7 milyard avroya yaxın vəsait xərcləyib, bu da 2025-ci il üçün proqnozlaşdırılan ümumi xərcdən 21% çoxdur
Avropa İttifaqı hələ də Rusiyanın əsas Arktika qaz layihələrindən biri olan “Yamal” boru kəmərinin əsas istehlakçısı olaraq qalır – bu barədə “Euronews” məlumat yayır.
Ətraf mühitin mühafizəsi kampaniyası qrupu “Urgewald”ın təhlilinə əsasən, 2026-cı ilin ilk on ayında Avropa İttifaqı Arktikadan alınan mayeləşdirilmiş rus təbii qazına (LNG) təxminən 8,7 milyard avro xərcləyib, bu da 2025-ci il üçün proqnozlaşdırılan ümumi xərcdən 21 faiz çoxdur.
“Euronews”a əsasən, Brüssel 2027-ci ilin yanvarın 1-dən mayeləşdirilmiş rus təbii qazının (LNG) idxalını qadağan etməyi planlaşdırsa da, avropalı alıcılar Moskvanı hələ də gəlirli bazarla təmin edirlər.
“Urgewald” təşkilatı enerji sahəsi üzrə informasiya-analitika şirkəti olan “Kpler”in məlumatlarını təhlil edib və həmin göstəricilərə əsasən, yanvardan oktyabra qədər olan dövrdə Avropa İttifaqı limanlarına Rusiyanın “Yamal“ layihəsindən 12,89 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) daxil olub.