“EUROCONTROL” – Avqustun 9-da Gürcüstanın hava limanlarında uçuşların tarixi rekordu, 306 eniş və qalxış qeydə alınıb
Avqustun 9-da Gürcüstanın hava limanlarında bir gündə 306 eniş və qalxış qeydə alınıb, bu da yeni tarixi maksimumdur. Bu barədə məlumatı Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı “EUROCONTROL” yayıb.
Yeni göstərici bu ilin iyulun 26-da qeydə alınmış 292 eniş və qalxış təşkil edən əvvəlki rekord göstəricidən 4.8 faiz çoxdur. “EUROCONTROL”un göstəricilərinə əsasən, ötən həftə Avropa hava şəbəkəsi miqyasında altı yeni rekord qeydə alınıb, bunlardan biri də Gürcüstan hava limanlarının payına düşür.
Gürcüstanın hava məkanında artan hava hərəkəti axınının təhlükəsiz, nizamlı və səmərəli idarə olunmasını MMC “Sakaeronavigatsia”nın Nəzarət Xidməti təmin edir. Xidmət hava hərəkətinin idarə olunmasını ilin istənilən günü 24 saat ərzində həyata keçirir.