"EuroBasket 2025" | Gürcüstan yığması kvalifikasiya mərhələsinin son oyununu səfərdə Serbiyaya qarşı keçirəcək - Birbaşa reportaj Birinci Kanalda #1TVSPORT
"EuroBasket 2025" | Gürcüstan yığması kvalifikasiya mərhələsinin son oyununu səfərdə Serbiyaya qarşı keçirəcək - Birbaşa reportaj Birinci Kanalda #1TVSPORT

 

2025-ci ilin Avropa Çempionatının final mərhələsinə vəsiqəni artıq rəsmi olaraq qazanan Gürcüstanın basketbol yığması bu gün kvalifikasiya mərhələsinin son turunun qarşılaşmasını səfərdə Serbiyaya qarşı keçirəcək. Birinci Kanal matçın birbaşa reportajını saat 23:00-dan sizlərə təklif edəcək.

Xatırladaq ki, Gürcüstan yığması Danimarkanı məğlub edərək ardıcıl altıncı dəfə “EuroBasket”ə vəsiqə qazanıb. Yığmamız oyundan bir gün əvvəl zədə almış, naturallaşdırılmış amerikalı basketbolçu olmadan həlledici görüş üçün xüsusi olaraq güclənmiş rəqibini məğlub etdi, bununla qrupda ikinci yeri təmin edərək “EuroBasket”ə vəsiqə qazandı. Qrupumuzun paralel qarşılaşmasında Serbiya Finlandiyaya məğlub olsaydı, nəzəri cəhətdən son turda cədvəldə dəyişiklik etmək şansı qalacaqdı, lakin Gürcüstanın gələcək rəqibi qalib gəldi və qrup birinciliyini təmin etdi.

Müvafiq olaraq, bu gün Belqradda keçiriləcək Serbiya-Gürcüstan matçının nəticəsi nə olursa olsun, bu, turnir vəziyyətinə təsir etməyəcək – istənilən nəticə halında, Serbiya qrupda birinci, Gürcüstan isə ikinci yeri tutacaq.

Gürcüstanın milli komandasının baş məşqçisi Aleksandr Cikiç son turda əsasən gənc oyunçulara özlərin göstərmək imkanı verəcək. Tornike Şenqelia və Qiorqi Şermadini yığmanın tərkibində olmayacaq.

Avropa çempionatı avqustun 27-də başlayacaq və sentyabrın 14-də final oyunu ilə başa çatacaq. Müsabiqəyə dörd ölkə ev sahibliyi edəcək: Kipr, Polşa, Finlandiya və Latviya.

24 komanda müxtəlif ölkələrdə dörd qrupa bölünəcək və püşkatma nəticəsində Gürcüstan yığmasının hansı ölkədə oynamalı olacağı müəyyənləşəcək. Püşkatmanın tarixi də məlumdur – martın 27-si, Riqa, Latviya.

Altı komandadan ibarət hər qrupdan növbəti mərhələyə 4-4 ən yaxşı komanda keçəcək. Mübarizə 1/8 finalda davam edəcək. Komandalar pley-offda oynamaq üçün Latviyada bir araya gələcəklər.