"Euractiv" - ​​Sanksiyalara baxmayaraq, Avropa İttifaqı hər il yüz milyonlarla avro dəyərində rus balığı alır
"Euractiv" - ​​Sanksiyalara baxmayaraq, Avropa İttifaqı hər il yüz milyonlarla avro dəyərində rus balığı alır

 

Sanksiyalara baxmayaraq, Avropa İttifaqı hər il yüz milyonlarla avro dəyərində rus balığı alır – bu haqda “Euractiv” məqalə dərc edir.

Nəşrin məlumatına əsasən, idxalı azaltmaq cəhdlərinə baxmayaraq, rus balığı hələ də Avropa bazarına daxil olur və onun ən böyük idxalçıları Niderland, Almaniya, Fransa və Polşadır.

“Euractiv”in yazdığı kimi, Avropa Komissiyası ictimai bəyanatlarda rus balığının istifadəsini tədricən dayandırmaq üçün kifayət qədər səy göstərdiyini bildirir. Rəsmi məlumata görə isə 2024-cü ildə Avropa İttifaqı Rusiyadan 709 milyon avro dəyərində balıq alıb.

Məqaləyə əsasən, balıq məhsullarının etiketində Rusiya ixracatçı ölkə kimi göstərilmir və qablaşdırmada onun bayrağı yoxdur, bunun əvəzinə “FAO 67” və ya “FAO 27” kodları göstərilir.

“Rus balığının Avropa İttifaqına bir neçə gizli kanal vasitəsilə daxil olması da məsələni çətinləşdirir. Əgər məhsulu Norveçdə kifayət qədər emal etsəniz, onun Norveç balığı olduğunu deyə bilərsiniz. Tutduğunuz balığın rus mənşəli olduğunu yuya bilərsiniz” – məqalədə oxuyuruq.