Euobserver – Avropa İttifaqının daxili hesabatına görə, Rusiyaya qərbin sanksiyalarını aşmaqda Çin və Türkiyə kömək edir

14:04, 13.10.2022

Sanksiyalar Rusiyanın müharibəni maliyyələşdirmək qabiliyyətini “əridir”, lakin Çin və Türkiyə ona qərb blokadasını dəf etməyə kömək edir, – bu barədə “euobserver” Avropa İttifaqının daxili hesabatına istinadən məlumat yayır.

Hesabata görə, Avropa İttifaqının ən ağrılı sanksiyaları Rusiyanın enerji və bank sektoruna təsir etdi.

“Çinin Rusiyaya daha əvvəl Avropa İttifaqı və ABŞ-dan idxal etdiyi 30 əsas məhsulun (nəqliyyat avadanlığından elektrik cihazlarına qədər) ixracı işğaldan sonra kəskin şəkildə azalsa da, avqustda 20 faiz artıb. Türkiyənin Rusiyaya ixracının dəyəri ikinci rübdə demək olar ki, iki dəfə artıb və bir neçə əsas sektorda eyni tendensiya nümayiş etdirib”, – hesabatda qeyd olunur.

Oxşar