Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamenti Tbilisidə ov qaydalarının pozulması faktlarını aşkar edib
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin ətraf mühitin patrul xidməti və sürətli reaksiya əməkdaşları Tbilisidə ov qaydalarının pozulması üzrə beş fakt aşkar ediblər.
Şəhərin inzibati sərhədlərində, Telovani yaxınlığında vətəndaş odlu silahla ov edirdi. Muxatqverdi yaxınlığında aşkar edilən halda isə vətəndaş ov zamanı hamarlüləli odlu silahla yanaşı, qadağan olunmuş vasitədən – qalxandan (projektordan) istifadə edirdi. O həmçinin köçəri quşların təbiətdən götürülməsinə görə qanunvericiliklə müəyyən edilmiş rüsumu ödəməmişdi.
Lisi gölü, Muxatqverdi və Didi Lilo yaxınlığında departamentin əməkdaşları ov üçün 3 ədəd qadağan olunmuş vasitə – quşları cəlb edən səs cihazı, dırnaqarası “manok” aşkar ediblər.
Köçəri quşların ov mövsümü ərzində Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamenti ölkə miqyasında nəzarəti daha da sərtləşdirir. Brakonyerliyə qarşı mübarizə çərçivəsində müasir texnoloji vasitələrin aktiv istifadəsi və departamentin imkanlarının gücləndirilməsi ətraf mühitə dövlət nəzarətinin effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamenti vətəndaşları ov qaydalarına və qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi şəkildə riayət etməyə çağırır.
Qanunpozuntusu təsbit edildikdə, vətəndaşlar Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə – 153-ə (indekssiz; zəng pulsuzdur, anonimlik qorunur) zəng edə bilərlər ki, departamentin müvafiq regional idarəsi fakta dərhal reaksiya versin.
Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.