Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına görə, iyul ayında nəqliyyat vasitələrinin işlənmiş qaz tullantıları üzrə müəyyən edilmiş normalara uyğunsuzluğun 787 halı qeydə alınıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları 2026-cı il iyulun 1-dən 31-dək dörd şəhərdə avtomobillərin işlənmiş qaz tullantılarının müəyyən edilmiş normaya uyğunsuzluğunun 787 faktını aşkar ediblər. Bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb.
Departamentin məlumatına görə, 484 pozuntu Tbilisidə, 126-sı Kutaisidə, 115-i Batumidə, 62-si isə Rustavidə qeydə alınıb.
“683 hüquq pozuntusu fiziki şəxslər, 104 hal isə hüquqi şəxslər tərəfindən törədilib və departament əməkdaşları tərəfindən onların hər biri cərimələnib.
Qeyd edək ki, 469 pozuntu minik avtomobillərinin, 299-u mikroavtobusların, 19-u isə yük avtomobillərinin sürücüləri və ya sahibləri tərəfindən törədilib.
Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması və nəqliyyat sektorundan qaynaqlanan çirklənmənin minimuma endirilməsi məqsədilə departamentin inspektorları ölkənin dörd şəhərində yollarda hərəkət edən avtomobillərin işlənmiş qaz tullantılarına gündəlik nəzarət həyata keçirirlər.
Nəzarət tədbirlərinin başlanmasından bu günədək ekipajların sayı artırılıb, hibrid avtomobillər alınıb. Ekipajlar müvafiq ölçü cihazları ilə təchiz edilib, əməkdaşların vaxtaşırı ixtisasartırma təlimləri təşkil olunur.
Departament əməkdaşları artıq daha çox ərazidə daha çox avtomobili yoxlamaq imkanına malikdirlər. Nəticədə nəzarət daha genişmiqyaslı və effektiv olub. Cari ilin ilk yeddi ayında departament əməkdaşları avtomobillərin işlənmiş qaz tullantılarının müəyyən edilmiş normalara uyğunsuzluğunun ümumilikdə 5 362 faktını aşkar ediblər”, – deyə Ətraf Mühitə Nəzarət Departamentinin məlumatında bildirilir.