Ətraf Mühitə Nəzarət Departamenti ov mövsümünün açılmasından keçən 12 saat ərzində 40 qanun pozuntusu aşkar edib
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları köçəri quşların ovlanması mövsümünün açılmasından keçən 12 saat ərzində ölkə miqyasında 40 qanun pozuntusu aşkar ediblər.
Aşkar edilmiş qanun pozuntularından 10-u qadağan olunmuş silah, üsul və ya vasitə ilə ov etmə faktıdır, 4 ovçu köçəri quşların təbiətdən götürülməsi üçün müəyyən edilmiş rüsumu ödəməyib, 10 halda isə qayda pozanlar qadağan olunmuş ərazidə – şəhər ərazisində ov ediblər. Ov mövsümünün açılmasından keçən 12 saat ərzində departamentin əməkdaşları tərəfindən 19 qanunsuz vasitə – quşları cəlb edən səsli cihaz, dırnaqarası manok (ovçu aldatmacası) müsadirə olunub.
Ətraf Mühitə Nəzarət Departamenti köçəri quşların ovlanması mövsümü ərzində ölkə miqyasında nəzarəti daha da sərtləşdirir. Brakonyerliklə mübarizə çərçivəsində yüksək keçid imkanlı avtomobillər, dronlar, foto-tələlər və termal durbinlər kimi vasitələrdən aktiv istifadə olunur.
Departamentin imkanlarının artırılması və təcrübədə müasir texnologiyaların tətbiqi nəticəsində ətraf mühitə dövlət nəzarəti daha səmərəli olub.
Ətraf Mühitə Nəzarət Departamenti vətəndaşları ov qaydalarına əməl etməyə çağırır, qanun pozuntusu qeydə alındıqda isə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə – 153 (indekssiz, zəng ödənişsizdir, anonimlik qorunur) zəng etməyi xahiş edir ki, departamentin müvafiq regional idarəsi dərhal reaksiya verə bilsin.
Məlumatı Ətraf Mühitə Nəzarət Departamenti yayıb.