Ətraf Mühit üzrə Milli Agentlik fevralın 8–10-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Ətraf Mühit üzrə Milli Agentlik yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna əsasən, fevralın 8-dən 10-na keçən gecəyədək ölkənin qərb bölgələrində yağıntı, bəzi yerlərdə isə güclü yağıntı gözlənilir.
Fevralın 9-da ölkə ərazisinin böyük hissəsində güclü qərb küləyi əsəcək. Yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü qar, duman, çovğun və qar uçqunu təhlükəsi gözlənilir.
“Güclü qar, çovğun, görmə məsafəsinin azalması və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – deyə Agentliyin məlumatında bildirilir.