Etiraz iştirakçıları Gürcüstan Prezidentinin sarayının yaxınlığında müxtəlif əşyalara od vurdular
Etiraz iştirakçıları Atoneli küçəsində, Gürcüstan Prezidentinin sarayının yaxınlığında müxtəlif əşyalara od vurdular.
Eyni zamanda, Daxili İşlər Nazirliyi toplaşanları xəbərdar edir ki, dağılsınlar, əks halda onlara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq olunacaq.
Bundan əvvəl etiraz iştirakçılarının bir hissəsi sarayın ərazisinə daxil olmuş, saray binasının baryerlərinə zərər vurmuş və binaya daxil olmağa çalışmışdı.
Vaxtaşırı olaraq, hüquq-mühafizə orqanları etirazçılara qarşı xüsusi vasitələrdən – su şırnağından, gözyaşardıcı qazdan və bibər spreydən istifadə edirlər.