Etiraz aksiyaları Fransanın 30-dan çox şəhərində keçirilir, ədliyyə naziri hakimiyyətin etiraza reaksiyasının “qətiyyətli, lakin ölçülü” olması gərəkdiyini bildirir
Etiraz aksiyaları Fransanın 30-dan çox şəhərində keçirilir. Fransa mediasının məlumatına əsasən, Marsel, Nitsa, Nant, Lion və Parisdə nümayişlər keçirilir.
Bununla yanaşı, “Sky News”un məlumatına əsasən, Fransanın ədliyyə naziri bu gün səhər bütün ölkə miqyasında keçirilən etirazların hüquqi prosedurlarını müzakirə etmək üçün prokurorlarla görüşüb.
Ədliyyə naziri Fransa hakimiyyətinin etiraza reaksiyasının “qətiyyətli, lakin ölçülü” olması gərəkdiyini bildirir. Nazir həmçinin, nümayişlər zamanı Fransada 5 000-dən çox insanın saxlanıldığını, lakin ittiham irəli sürüldükdən sonra yalnız 14 nəfər haqqında həbs qətimkan tədbirinin seçildiyini qeyd edib.