Eter Liparteliani cüdo üzrə dünya çempionatının dörddəbir finalındadır #1TVSPORT
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Eter Liparteliani (57 kq) ikinci qələbəsini qazandı və yarışın dörddəbir finalına yüksəldi. Gürcü idmançı neytral bayraq altında çıxış edən Darya Kurbonmamadovanı ipponla məğlub etdi.
Lipartelianinin dörddəbir finaldakı rəqibi səkkizdəbir finalda türk idmançını məğlub edən finlandiyalı cüdoçu Pila Salonen olacaq.
Turnirdə ilkin döyüşlər Tbilisi vaxtı ilə saat 13:30-da başlayıb, final blokunun isə saat 20:00-da başlaması planlaşdırılır.
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı 13 iyunda başlayıb və hələlik Gürcüstan yığması medal qazanmayıb.