Estoniyanın Təhlükəsizlik Xidməti - Rusiyanın sərhədindən Estoniyanın hava məkanına daxil olan və elektrik stansiyasının bacasına çırpılan dron Ukraynaya məxsusdur
Estoniyanın Təhlükəsizlik Xidməti - Rusiyanın sərhədindən Estoniyanın hava məkanına daxil olan və elektrik stansiyasının bacasına çırpılan dron Ukraynaya məxsusdur

 

Rusiyanın sərhədindən Estoniyanın hava məkanına daxil olan və elektrik stansiyasının bacasına çırpılan dronun Ukraynaya məxsus olduğu ortaya çıxıb.

Estoniyanın Təhlükəsizlik Polisinin baş direktoru Marqo Palosonun bəyanatına əsasən, dronun qalıqları onun Ukraynaya məxsus olduğunu göstərir.

“Əvvəla, qeyd edilməlidir ki, məqsəd Estoniyaya hücum olmayıb. Bizdə olan məlumata əsasən, bu, Ukraynanın Rusiyaya qarşı əks-hücumu olub və bu hücumun nəticələri sərhədimizə qədər çatıb. Bu, ilk belə hadisə deyil və görünür, bugünkü hücumun hədəfi Rusiyanın Ust-Luqa limanı olub” – Estoniyanın Baş naziri Kristian Mixal mətbuat konfransında deyib.

Məlumat üçün bildirək ki, bu gün Estoniyanın İctimai Yayımçısı (ERR) ölkənin təhlükəsizlik xidmətinə istinadən bəyan edib ki, Rusiyanın sərhədindən Estoniyanın hava məkanına dron daxil olub və Auver elektrik stansiyasının bacasına çırpılıb.