Estoniyanın hakim koalisiyası ölkə parlamentində əksəriyyəti itirib
İki deputatın öz partiyasını tərk etməsindən sonra Estoniyanın hakim koalisiyası ölkə parlamentində əksəriyyəti itirib. Koalisiyaya iki partiya – “İslahatlar Partiyası” və “Estoniya 200” daxildir. Hər iki partiyanı bir deputat tərk edib. Hazırda hər iki siyasi qüvvənin parlamentdəki 101 mandadan cəmi 50-si var.
Medianın yazdığı kimi, bu şəraitdə hökumətin qərarları parlamentdən keçirməsi çətinləşəcək. Bir neçə müxalifətçi siyasətçi artıq bəyan edib ki, partiyaların reytinqinin düşməsini nəzərə alsaq, ehtimal ki, yaxın vaxtlarda “İslahatçılar” və “Estoniya 200”ün cərgələrini daha çox deputat tərk edəcək.
May ayında keçirilən sorğunun nəticələrinə əsasən, Estoniyanın hakim koalisiyasının reytinqi rekord minimuma enib.
Məlumat üçün bildirək ki, 2025-ci ilin yazında “İslahatçılar” və “Estoniya 200” sosial-demokratlarla əməkdaşlığı dayandırıb. Bunun nəticəsində hökumətdə beş nazir dəyişib. Hökumət fəaliyyətinə Kaia Kalasın rəhbərliyi ilə başlayıb, lakin 2024-cü ildə o, Avropa Komissiyasına işləməyə keçib, “İslahatlar Partiyası” və Estoniya hökumətinin başına isə Kristen Mixal keçib.