Estoniya Xarici İşlər Nazirliyi – Estoniya işğal olunmuş Sxinvali bölgəsindəki seçkiləri tanımır

15:00, 11.04.2022

Estoniya işğal olunmuş Sxinvali bölgəsində keçirilən seçkilərin legitimliyini tanımır. Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda həmçinin bildirilir ki, Estoniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

“Estoniya 2022-ci il aprelin 10-da Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyada keçirilmiş prezident seçkilərinin legitimliyini tanımır. “Estoniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə tam dəstəyini bir daha bəyan edir”, – Estoniya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Oxşar