Estoniya Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşən 261 nəfərin ölkəyə girişini qadağan edib
Estoniya Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşən 261 nəfərin ölkəyə girişini qadağan edib

 

Estoniya Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşən 261 nəfərin ölkəyə girişini qadağan edib. Bu haqda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna məlumat yayıb.

O, “Bu, yalnız başlanğıcdır” deyib.

“Estoniya Ukraynaya qarşı təcavüzkar müharibədə iştirak edən ilk 261 rus döyüşçünün ölkəyə girişini qadağan etdi və bu, yalnız başlanğıcdır. Təcavüzkar dövlətin yüz minlərlə döyüşçüsü bu qəddar müharibədə iştirak edirdi, vəhşiliklər törədiblər və zorakılıq yayıblar” – Estoniyanın xarici işlər naziri X sosial şəbəkəsində yazır.

Marqus Tsahkna həmçinin onların Estoniya və Şengen zonasında yerinin olmadığını qeyd edir. Marqus Tsahknanın sözlərinə əsasən, ölkə “Estoniyanın qapısının keçmiş rus döyüşçülər üçün bağlı qalmasını” təmin etmək üçün çalışmağa davam edəcək. Bununla yanaşı, Estoniyanın xarici işlər naziri digər ölkələri də eyni şeyi etməyə çağırır.