Estoniya prezidenti - əsas səbəb, Avropa İttifaqı Gürcüstana üzvlüyü nəyə görə təklif etməlidir, odru ki, Gürcüstanın ərazisi işğal olunubdur
Sloveniyada, Bled şəhərində keçirilən strateji forumda Avropa İttifaqının genişləndirilməsi məsələsi barəsində müzakirə apardılar.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, forumda qeyd olundu ki, Avropa İttifaqının genişləndirilməsi yenə də aktual məsələ olaraq qalır və qərbi Balkanın nümunəsi bölgənin başqa ölkələrində də əks olunmalıdır.
Estoniya prezidenti Kersti Kalulaydın dediyinə görə, qərbi Balkan ölkələrindən başqa, ölkələr var ki, Avropaya tərəf baxırlar və tələb edirlər, günlərin bir günündə onlara da şans verilsin.
“Gürcüstanı xatırlayın. Əsas səbəb, Avropa İttifaqı Gürcüstana üzvlüyü nəyə görə təklif etməlidir, odru ki, Gürcüstanın ərazisi işğal olunubdur. İşğal Cənubi Osetiyada bu dəqiqələrdə də həyata keçirilir”, – Estoniya prezidenti qeyd etdi.
Avropa İttifaqının genişləndirilməsi məsələsinə dəstəyini həmçinin Sloveniya prezidenti, Borut Pahor da ifadə etdi.