Estoniya ola bilsin hərbçilərə Baltik dənizində şübhəli gəmilərin batırılmasına icazə versin
Estoniya ola bilsin hərbçilərə Baltik dənizində şübhəli gəmilərin batırılmasına icazə versin.
Ölkə parlamenti təhlükə yaranması halında, ticarət gəmilərinə atəş açmağı mümkün edəcək qanun layihəsini müzakirə etməyi planlaşdırır. Bununla yanaşı, hərbçilər təkcə Estoniyanın ərazi sularında deyil, həm də eksklüziv iqtisadi zonada gəmiləri batırmaq hüququna malik olacaqlar.
Xüsusilə, silahlı qüvvələrə infrastrukturun, müdafiə obyektlərinin, limanların, avadanlıqların və gəmilərin qorunması üçün güc tətbiq etmək səlahiyyəti veriləcək. Ən ağır hallarda isə, təhdid yaradan gəmini batırmaq hüququna sahib olacaqlar.
Estoniya Parlamentində qanun layihəsinin üçüncü oxunuşla müzakirəsi aprelin 9-da keçirilməlidir, səsvermə isə gələn həftəyə planlaşdırılıb.