Estoniya Müdafiə naziri – Finlandiya və İsveç alyansa qoşulduqdan sonra Baltik Dənizi NATO-nun daxili dənizinə çevriləcək
Estoniya Müdafiə naziri bəyan edir ki, Finlandiya və İsveç alyansa qoşulduqdan sonra Baltik Dənizi NATO-nun daxili dənizinə çevriləcək. Bu barədə Finlandiya mediasına müsahibəsində Hanno Pevkur bəyan etdi.
Onun dediyinə görə, Estoniya və Finlandiya razılaşdı ki, Finlandiya NATO-ya üzv olduqdan sonra iki ölkə sahil mühafizəsini birləşdirəcək. Bu onlara Baltik Dənizini Rusiya hərbi gəmiləri üçün bağlamağa imkan verəcək.
“Estoniya və Finlandiya raketlərinin atış məsafəsi Finlandiya körfəzinin enini üstələyir”, – Pevkur bəyan etdi.
Elə onun sözlərinə görə, birgə raket əleyhinə müdafiə Helsinki və Tallinə Finlandiya körfəzini bağlamağa imkan verəcək.
“Finlandiya və İsveç alyansa qoşulduqdan sonra Baltik Dənizi NATO-nun daxili dənizinə çevriləcək”, – Estoniya Müdafiə naziri bəyan etdi.