Estoniya Müdafiə naziri bəyan edir ki, Rusiyaya iki ildən dörd ilə kimi vaxt lazımdır ki, hərbi potensialını bərpa etsin

10:21, 19.10.2022

Estoniya Müdafiə naziri Hano Pevkur bəyan edir ki, Rusiyaya hərbi potensialını bərpa etmək üçün iki ildən dörd ilə kimi vaxt lazımdır.

Hano Pevkurun ehtimalına görə, Ukraynada müharibə uzun sürəcək. Estoniyanın Müdafiə naziri müttəfiqləri bütün dünyanın azadlığı üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırır.

“Rusiya ordusunun genişmiqyaslı müharibə başlamamışdan əvvəl olduğu vəziyyətə qayıtması üçün, iki-dörd il çəkəcəyi gözlənilir”, – Estoniya Müdafiə naziri bəyan etdi.

Pevkurun dediyinə görə, Rusiyanın Estoniya da daxil olmaqla, NATO ölkələrinə təcavüz etmək üçün hələ də hücum imkanları var.

Oxşar