Estoniya kəşfiyyatı - Rusiya bu il və ya gələn il NATO-ya üzv ölkələrə hücum etmək niyyətində deyil, lakin Avropa silahlanma üzərində işləyərkən hərbi qüvvələrini tez bir zamanda bərpa edəcək
Rusiya bu il və ya gələn il NATO-ya üzv ölkələrə hücum etmək niyyətində deyil, lakin Avropa silahlanma üzərində işləyərkən hərbi qüvvələrini tez bir zamanda bərpa edəcək. Bu barədə Estoniya kəşfiyyatının hesabatında deyilir.
“Avropa müdafiə və daxili təhlükəsizliyə investisiya qoymalıdır ki, gələcəkdə Rusiya NATO ölkələrinə qarşı heç bir şansının olmadığını başa düşsün” – bu haqda Estoniya kəşfiyyat xidmətinin rəhbəri Kaupo Rozin jurnalistlərə deyib.
Rozin bildirib ki, Rusiya rəhbərliyi Avropanın silahlanmasından çox narahatdır.
“Onlar görürlər ki, iki-üç ilə Avropa Rusiyaya qarşı müstəqil hərbi əməliyyat keçirə biləcək. Rusiyanın hazırda məqsədi bunu gecikdirmək və maneə olmaqdır” – Rozin qeyd edib.
Hesabata əsasən, Rusiyada döyüş sursatının istehsalı o qədər sürətlə artır ki, ölkə Ukraynada döyüşlərə davam etməklə paralel olaraq gələcək müharibələr üçün ehtiyatlar toplaya biləcək.
“Bu dəyişiklik Kremlin yeni Amerika administrasiyasından istifadə edərək ikitərəfli münasibətləri bərpa etmək və Ukraynanın məğlubiyyətini rəsmi olaraq təsdiqləyəcək razılaşma əldə etmək ambisiyasından irəli gəlir” – hesabatda qeyd olunub.
Hesabatda həmçinin Rusiya-Çin münasibətindən bəhs olunur. Sənədə əsasən, Çin Rusiyanın timsalında Qərbi kənarlaşdırmaq üçün faydalı müttəfiq və Tayvanla münaqişə sanksiyalara və ya dəniz blokadasına səbəb olarsa, enerji mənbəyi görür.