Estoniya ərazisinə dronların daxil olması səbəbindən ölkədə hava həyəcanı elan edilib

11:54, 01.09.2026

 

Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın bəyanatına əsasən, ölkənin bir neçə hissəsində hava həyəcanı elan edilib.

Tsahknanın sosial şəbəkədə yazdığı kimi, həyəcan siqnalı dronların sərhəd yaxınlığında uçması və Estoniyanın hava məkanına daxil olmasından sonra verilib.

O, bildirib ki, NATO qırıcıları cavab tədbirləri görmək üçün Amari Hava Bazasından havaya qalxıblar, daha sonra isə Estoniya Müdafiə Qüvvələri hava həyəcanını ləğv edib.

“NATO sürətlə və planlaşdırıldığı kimi hərəkət etdi. Alyans ayıq-sayıqdır və müttəfiqlərin ərazisini müdafiə etməyə hazırdır. Bu cür insidentlər Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin birbaşa nəticəsidir və Rusiyanın təcavüzü dayandırması üçün ona təzyiqin artırılmasının vacibliyini vurğulayır” – Estoniyanın xarici işlər naziri yazıb.

Oxşar