Eston mətbuatının məlumatına görə, ölkənin hərbi bazasının yaxınlığında mənşəyi naməlum olan iki pilotsuz uçuş aparatı qeydə alınıb, onlardan birini ölkənin müttəfiq qüvvələri vurub
Estoniyada hərbi bazanın yaxınlığında mənşəyi naməlum iki pilotsuz uçuş aparatı aşkarlanıb və onlardan biri ölkənin müttəfiq qüvvələri tərəfindən vurulub.
Bu barədə eston mətbuatı yazır.
Hadisə 17 oktyabrda Estoniyanın cənubunda yerləşən Reedo hərbi bazasının yaxınlığında baş verib.
Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Lis Vaksmanın sözlərinə görə, pilotsuz uçuş aparatlarından biri müttəfiq qüvvələr tərəfindən pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulmuş tüfənglə vurulub.
Vaksmanın bildirdiyinə görə, Silahlı Qüvvələr, Polis və Sərhəd Mühafizəsi Departamenti vurulan dronun qalıqlarını tapmağı bacarmayıb.
Qeyd olunur ki, Reedo Estoniyanın Viru şəhərinin yaxınlığında yerləşir və bu şəhər Rusiyanın Pskov vilayətinin sərhədyanı Peçorı şəhərindən təxminən 45 kilometr məsafədədir.