Əsas ümumi təhsil haqqında attestatların verilməsinə başlanılıb
2025–2026-cı tədris ilinin əsas təhsil pilləsi məzunları üçün əsas ümumi təhsil (9-cu və 10-cu sinif) attestatlarının verilməsinə bu gündən başlanılıb.
Məlumatı Təhsilin İdarəedilməsi İnformasiya Sistemi yayır.
Onların məlumatında attestat almaq üçün müraciətin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmətlərində, Ədliyyə Evinin filiallarında və mobil Ədliyyə Evlərində etməyin mümkün olduğu deyilir.
“2026-cı ilin dekabrın 31-i də daxil olmaqla müvafiq qurumlara müraciət edəcək 2025–2026-cı tədris ilinin əsas təhsil pilləsinin məzunları attestatı ərizə təqdim edildiyi gündən 10-cu iş günü ödənişsiz alacaqlar.
Attestat almaq üçün müraciəti şəxsiyyəti təsdiq edən sənədi olan əsas təhsil pilləsinin məzunu və ya onun qanuni nümayəndəsi təqdim edə bilər.
Təhsilin İdarəedilməsi İnformasiya Sistemi məzunları sənədi almaq üçün müəyyən edilmiş müddətlərə əməl etməyə çağırır” – Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin məlumatında deyilir.