Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı rüşvət aldığı üçün ittiham irəli sürüblər
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı rüşvət aldığı üçün ittiham irəli sürüblər.
Anti-korrupsiyaya Komitəsi ilkin istintaqı başa çatdırdıqdan sonra işi məhkəməyə artıq göndərib. O, həmçinin qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.
İstintaqın məlumatına əsasən, Sarkisyan 2000-2018-ci illərdə müdafiə naziri, baş nazir və daha sonra prezident postunda olduğu dövrdə qanunla qadağan olunmasına baxmayaraq, eyni vaxtda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bununla yanaşı, o, etibarlı şəxslərin vasitəsilə hissələrinin daha sonra rüşvət kimi verildiyi kommersiya şirkətləri yaratmaq üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Hazırda iş Anti-korrupsiya Məhkəməsinə göndərilib.