Ermənistanın sabiq prezidenti Serj Sarkisyan xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma işi üzrə ev həbsinə buraxılıb
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan qətimkan tədbiri olaraq ev dustaqlığına buraxılıb. Sarkisyana qarşı xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılıb.
Bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən bəyan ediblər.
Məlum olduğu kimi, dünən bu iş üzrə daha altı nəfər saxlanılıb. Serj Sarkisyan işində təqsirləndirilən şəxslər də daxil olmaqla, onlardan bir neçəsi qətimkan tədbiri olaraq ev dustaqlığına buraxılıb.
Həmçinin dünən Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və onun oğlu Sedrak Koçaryan Antikorrupsiya Komitəsi tərəfindən aparılan cinayət işi çərçivəsində saxlanılıblar. Saxlanılmadan əvvəl ölkənin Antikorrupsiya Komitəsi Robert Koçaryan və onun ailə üzvlərinə məxsus bir neçə onlarla ünvanda axtarış və digər istintaq hərəkətləri həyata keçirib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına ölkənin ikinci prezidenti Robert Koçaryanın və üçüncü prezident Serj Sarkisyanın əmlakının müsadirə edilməsi üçün tədbirlər görməyi tapşırmışdı.