Ermənistanın psixiatriya klinikalarının birində koronavirusun 49 halı aşkar edildi
Ermənistanın Nubaraşen Psixiatriya Klinikasında koronavirusun 49 halı aşkar edildi. Virusa yolxanlar arasında doqquzu pasiyet, 40 personaldır. Məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibinin məlumatına görə, son üç gün ərzində klinikada koronavirus üzrə 307 test edildi.
Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, pasiyentlərdə simptomlar qeydə alınmır. Onlar daimi nəzarət altındadırlar.