Ermənistanın Milli Assambleyası "Ermənistanın Elektrik Şəbəkələri"nin milliləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini birinci oxunuşda qəbul edib
Ermənistanın Milli Assambleyası "Ermənistanın Elektrik Şəbəkələri"nin milliləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini birinci oxunuşda qəbul edib

 

Ermənistanın Milli Assambleyası “Ermənistanın Elektrik Şəbəkələri”nin milliləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini birinci oxunuşda qəbul edib.

Qanun layihəsini 65 deputat dəstəkləyib, 30 deputat isə əleyhinə olub.

Layihəyə əsasən, Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasına şirkətin fəaliyyətində ciddi pozuntular aşkar olunsa, onun rəhbərliyini dəyişmək imkanı veriləcək. O həmçinin zəruri istintaq apara biləcək. Bu halda, komissiya şəbəkənin sahiblərini müəyyən müddətə idarəçilikdən uzaqlaşdırmaq və müvəqqəti idarəçi dəvət etmək hüququna sahib olacaq. Müvəqqəti idarəçi energetika və ya idarəetmə sahəsində ən azı beş illik təcrübəyə malik mütəxəssis olmalıdır.

Müxalifət qeyd olunan qanunvericilik təşəbbüsünü investorların mülkiyyətinə dövlət reketi yolu ilə əl qoymaq cəhdi və “Ermənistanın Elektrik Şəbəkələri”nin sahibi olan rus şirkətlər qrupu “Taşir”in rəhbəri Samvel Karapetyana qarşı siyasi təzyiq kimi qiymətləndirib.