Ermənistanın xarici işlər naziri İrana səfər edib. Nazir İranda yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək

12:21, 05.10.2026

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan İrana səfər edib.

Bundan əvvəl Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ararat Mirzoyan oktyabrın 4-5-də İran İslam Respublikasına rəsmi səfər edəcək.

Oktyabrın 5-də Mirzoyan iranlı həmkarı, İranın xarici işlər naziri Abbas Araqçi və İranın yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin gündəliyinə Ermənistan və İran arasında ikitərəfli münasibətlərin, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlərin müzakirəsi daxildir.

Oxşar