Ermənistanın xarici işlər naziri - Ermənistan Rusiya ilə münasibətlərində islahat aparmağı planlaşdırmır
Ermənistan Rusiya ilə münasibətlərində islahat aparmağı planlaşdırmır – bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Rusiyalı həmkarı Serqei Lavrovla birlikdə keçirilən mətbuat konfransında Mirzoyana mövcud təhlükəsizlik arxitekturasının səmərəsizliyi ilə bağlı əvvəlki bəyanatını nəzərə almaqla, Ermənistanın, məsələn, Avropada yeni strateji tərəfdaşlar axtarıb-axtarmadığı sualını veriblər.
Mirzoyan, onun əvvəlki bəyanatının bir çox onilliklər ərzində mövcud olan bütün qlobal təhlükəsizlik arxitekturasına aid olduğunu deyib.
“Rusiya ilə müttəfiqlik münasibətlərimizdə islahat aparmağı planlaşdırıb-planlaşdırmamaq sualına gəlincə, sizə olduqca birbaşa cavab vermək istəyirəm – xeyr. Bizim bir-birimizə qarşı öhdəliklərimiz, hüquqlarımız və niyyətlərimiz kağız üzərində açıq-aydın yazılıb, imzalanıb və ratifikasiya olunub və heç kim onları ləğv etməyib. Eyni zamanda, müəyyən edilmiş tədbirlərin və mexanizmlərin hər zaman tam şəkildə və ya lazımi şəkildə işləmədiyi ilə bağlı erməni tərəfinin narahatlığı yaxşı məlumdur, lakin bu, tamamilə fərqli mövzudur” – Mirzoyan qeyd edib.