Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Gürcüstana səfər edəcək
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstana işgüzar səfərə gedəcək.
Səfər çərçivəsində Ermənistan xarici işlər naziri Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Davit Zalkaliani ilə görüşlər keçirəcək. XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin geniş spektri və onların inkişaf perspektivləri müzakirə olunacaq.
Agentliyin məlumatına görə, bundan əlavə, regiondakı çağırışlar və mühüm qlobal problemlər diqqət mərkəzində olacaq.