Ermənistanın keçmiş prezidenti Robert Köçəryana barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan barəsində qətimkan tədbiri olaraq iki aylıq həbs seçilib. Bu barədə Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Oqancanyan bildirib.
“Oqancanyanın sözlərinə görə, Antikorrupsiya Məhkəməsi müstəntiqin vəsatətini tam təmin edib və R. K. barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarıb.
Antikorrupsiya Məhkəməsi dünəndən etibarən istintaq orqanının Köçəryan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə baxırdı. Gecə saatlarında Köçəryan həkimlərin göstərişi ilə xəstəxanaya yerləşdirilib və məhkəmə iclası onun iştirakı olmadan davam etdirilib.
Robert Köçəryana vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda pul yuma və xüsusilə külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.