Ermənistanın hakim partiyasının üzvü Qurqen Arsenyan – Rusiya hərbçilərinin Ermənistanda olması əbədi deyil

12:32, 17.01.2023

Rusiya hərbçilərinin Ermənistanda olması əbədi deyil, rus hərbçiləri olmadan isə, Ermənistan Türkiyəyə təhlükə yaratmayacaq və onun üçün yalnız qonşu olacaq, – bu barədə erməni deputat, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, Qurqen Arsenyan bəyan etdi.

“Rusiyanın Ermənistanda hərbi mövcudluğu dövlətçiliyin ilk illərindəki sivilizasiya baxışlarının nəticəsidir. Rusiya hərbçilərinin Ermənistanda olması əbədi deyil. Ermənistan mehriban qonşuluq münasibətləri platforması yaratmaq üçün qonşuları ilə münasibətlərin normallaşmasına doğru irəliləyir ki, sonrakı mümkün ikişafı təmin etsin. Bu, bizim siyasi komandamızın proqramıdır”, – Qurqen Arsenyan qeyd etdi.

Erməni deputatın bəyanatına görə, yeni siyasət nəticəsində, Rusiyanın təhlükəsizliyin təminatçısı kimi hərbi mövcudluğu nə vaxtsa “əhəmiyyətsizləşəcək”.

Oxşar