Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan Gürcüstanda rəsmi səfərdədir
Ermənistan Respublikasının əmək və sosial məsələlər naziri Gürcüstanda rəsmi səfərdədir.
Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatında, səfərin məqsədinin iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək, cari islahatları müzakirə etmək və təcrübə mübadiləsi aparmaq olduğu deyilir.
“Arsen Torosyan müavini, sosial istiqamətin rəhbəri və nümayəndə heyətinin digər üzvləri ilə birlikdə Gürcüstana gəlib. Gürcüstanın işğal edilmiş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Qiorqi Tsaqareişvili Ermənistanın nümayəndə heyətini hava limanında qarşılayıb. Gürcüstanın işğal edilmiş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze erməni həmkarı ilə nazirlikdə görüş keçirəcək. Nümayəndə heyətinin nümayəndələri Gürcüstan Parlamentinin üzvləri ilə görüşəcəklər. Həmçinin, digər yüksək səviyyəli görüşlər planlaşdırılıb” – Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.