Ermənistanın daxili işlər naziri Batumidə nümayiş xilasetmə əməliyyatında iştirak edib

17:32, 15.09.2026

 

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarqisyan Batumidə keçirilən nümayiş xilasetmə əməliyyatında iştirak ediblər. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, tədbir çərçivəsində qonaqlara dənizdə baş verən insidentlərə sürətli reaksiya verilməsi, müxtəlif bölmələrin əlaqələndirilmiş fəaliyyəti və xilasetmə tədbirlərinin effektiv şəkildə həyata keçirilməsi imkanları təqdim olunub.

“Nümayiş əməliyyatında Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin, Xüsusi Təyinatlı Aviasiya Departamentinin və Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları iştirak edirdilər.

Tədbir çərçivəsində müxtəlif tipli üzən vasitələrdən, drondan və Sərhəd Polisinin helikopterindən istifadə olunub.

Əməliyyatda daxili işlər nazirinin müavinləri və nazirliyin müxtəlif departamentlərinin rəhbər şəxsləri də iştirak edirdilər” – məlumatda deyilir.

Oxşar