Ermənistanın Brüsseldəki səfiri Tiqran Balayan Azərbaycanın səfiri Vaqif Sadıqovun onu öldürməklə hədələdiyini bildirir, Sadıqov ittihamı rədd edir
Ermənistanın Brüsseldəki səfiri Tiqran Balayan Azərbaycanın səfiri Vaqif Sadıqovun onu öldürməklə hədələdiyini bildirir, Sadıqov ittihamı rədd edir. Bu haqda məlumatı “Politico” yayır.
Ermənistan səfirliyi Brüsseldəki diplomatik nümayəndəliklərə etiraz notaları təqdim edib, notada Ermənistanın səfiri Tiqran Balayanın Azərbaycanın səfiri Vaqif Sadıqov tərəfindən şifahi hücumlara və hədə-qorxulara məruz qaldığı, həyatının birbaşa təhdid edildiyi qeyd olunub.
Hadisə Brüsselin “Tangla” mehmanxanasında Türkiyə səfirliyinin ölkənin milli bayramı şərəfinə təşkil etdiyi ziyafətdə baş verib. Bu, 2020-ci ilin Qarabağ müharibəsindən sonra Ankaranın təşkil etdiyi və Ermənistan səfirliyinin dəvət olunduğu ilk görüş idi.
“Politico”ya danışan Vaqif Sadıqov hadisəni təkzib edib və qeyd edib ki, bu cür ittihamlar gülməli xarakter alır.
“Mənim heç bir məktubdan və ya ittihamdan xəbərim yoxdur – erməni diplomatlar istədiklərini iddia edə bilərlər” – Vaqif Sadıqov bildirib.