Ermənistanın baş nazirinin mətbuat katibi – Dağlıq Qarabağa türk sülhməramlılarının göndərilməsi məsələsi müzakirə olunmayıb
Ermənistanın baş nazirinin mətbuat katibi Mane Qevorkyan “feysbukda” yazır ki, Ermənistanın baş naziri tərəfindən imzalanan sənəddə türk sülhməramlılarının göndərilməsi barəsində “bir kəlmə belə deyilməyib”
“Dağlıq Qarabağa türk sülhməramlılarının göndərilməsi məsələsi müzakirə olunmayıb, dərc olunan sənəddə bu barədə bir kəlmə belə yazılmayıb. O ki, qaldı Tavuşun bir neçə qəsəbəsinin Azərbaycan nəzarəti altına keçməsinə, həqiqətə uyğun deyil”, – Ermənistanın baş nazirinin mətbuat katibi yazır.