Ermənistanın Baş nazirinin administrasiyasında bildirirlər ki, Nikol Paşinyan məzuniyyətdə olduğuna görə Avrasiya İqtisadi İttifaqının iclasına qatıla bilməyəcək
Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Dövlətlərarası Şurasının iclasında iştirak etmir.
Baş nazirin administrasiyası buna səbəb kimi hökumət başçısının məzuniyyətdə olmasını göstərir.
Nikol Paşinyanın mətbuat katibi Nazeri Bağdasaryanın bildirdiyi kimi, avqustun 15-də Nikol Paşinyanın yerinə Ermənistanın vitse-baş naziri Mher Qriqoryan Qırğızıstanda olacaq.