Ermənistanın Baş naziri Nikol Paşinyan İrakli Kobaxidzeni COP17 Liderlər Sammitinə dəvət edib
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının Tərəflərinin 17-ci Konfransı çərçivəsində oktyabr ayında Yerevanın ev sahibliyi edəcəyi COP17 Liderlər Sammitinə dəvət edib. Bu barədə məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayır.
Onların məlumatında, iki ölkənin hökumət başçıları arasında telefon danışığının baş tutduğu deyilir.
“İrakli Kobaxidze Nikol Paşinyana sammitə dəvət üçün təşəkkürünü bildirib.
Tərəflər, həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlıqdan və müxtəlif sahələrdə əməkdaşlığın inkişafındakı müsbət dinamikadan danışıblar” — Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunur.