Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana mayın sonunda gələcək
Mayın sonunda Gürcüstana Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Armen Sarqisyan gələcəklər.
Bu barədə bəyanatı bugün keçirdiyi brifinqdə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan verdi.
Onun dediyinə görə, Nikol Paşinyan Gürcüstana rəsmi səfərələ mayın 30-31-də gələcək.
Mayın 25-26-da isə, Tbilisiyə Ermənistan prezidenti Armen Sarqisyan gələcək və Gürcüstanın müstəqillik gününə həsr olunan tədbirlərdə iştirak edəcək.