Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya işgüzar səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya işgüzar səfər edəcək. Bu haqda məlumatı erməni mediası ölkə hökumətinin mətbuat xidmətinə istinadən yayır.
Yayılmış məlumata əsasən, səfər çərçivəsində Ermənistanın Baş naziri Moskvada Rusiya Prezidenti Vladimer Putinlə görüşəcək.
Bununla yanaşı, Kremlin bəyanatına əsasən, danışıqlar zamanı tərəflər ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqliyin indiki vəziyyəti və perspektivlərini, Avrasiya regionunda inteqrasiyanı və regional məsələləri müzakirə edəcəklər. Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafına xüsusi diqqət yetiriləcək.