Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan martın 3-4-də Gürcüstana işgüzar səfər edəcək.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarına ev sahibliyi edəcək. İki ölkənin baş nazirlərinin üzbəüz görüşündən sonra İrakli Kobaxidze və Nikol Paşinyanın həmsədrliyi ilə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.
İrakli Kobaxidze və Nikol Paşinyan media üçün birgə bəyanatlar verəcəklər.
Ermənistan Respublikasının Baş naziri Gürcüstana Baş nazirin Administrasiyasının rəhbəri Arayik Harutyunyan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Jana Andreasyan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, iqtisadiyyat naziri Qevorq Papoyan və xarici işlər nazirinin müavini Vahan Kostanyandan ibarət nümayəndə heyəti ilə birlikdə səfər edəcək.
Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayır.