Ermənistanda,yaşlı insanların sığınacağında 41 nəfərin koronavirusa yoluxması təsdiqlənib
Ermənistanda,yaşlı insanların sığınacaqlarından birində koronavirus yayılıb. Müvafiq məlumatı ″NEWS.am″ yayır.
Ermənistanın Əmək və Sosial Məsələlər üzrə Nazirliyindən qeyd olunduğu üzrə,Yerevanda yerləşən Nork yaşlılar sığınacağında 70 nəfərdən analiz götürülüb,onlardan 41-nin koronavirusa yoluxması təsdiqlənib.
Hazırda 5 nəfər xəstəxanaya yerləşdirilib,geridə qalanları isə təcrid olunublar.Yoluxanlar arasında qocalar evinin sakinləri ilə yanaşı,işçilər də var.
Hazırladı-Sevinc Mustafayeva