Ermənistanda yaşayış binalarından birində ehtimal ki, təbii qazın partlaması nəticəsində 3 nəfər həlak olub, 11 yaralı isə xəstəxanaya yerləşdirilib
Ermənistanda yaşayış binasında ehtimal ki, təbii qazın partlaması nəticəsində 3 nəfər həlak olub, 11 yaralı isə xəstəxanaya yerləşdirilib.
Hadisə Çəmbərək şəhərində baş verib.
Xilasetmə xidmətinin məlumatına əsasən, ölənlərin hər üçü qadındır. Bununla yanaşı, evin bəzi sakinləri ilə bu vaxtadək əlaqə saxlamaq mümkün olmur. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, xəsarət alanların vəziyyəti orta ağırdır. Onlardan üçü Yerevana aparılır.
Mövcud məlumatlara əsasən, partlayış üçüncü mərtəbədə yerləşən mənzillərdən birində baş verib.