Ermənistanda Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşünü təsdiq etmirlər
Vladimir Putin, İlham Əliyev və Ermənistanın baş naziri, Nikol Paşinyanın planlaşdırılmış görüşü barəsində yayılan məlumat həqiqətə uyğun deyil, – qeyd olunan bəyanatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi, Tiqran Baliyan verdi.
“Bu mərhələdə bənzər görüş barəsində razılığa nail olunmayıb”, – Baliyan bəyan etdi.
Xatırladaq ki, son bir neçə gün ərzində erməni mətbuatı vasitəsi ilə Putin, Əliyev və Paşinyanın mümkün görüşü barəsində məlumat yayılırdı.
Ermənistan və Azərbaycan liderləri son dəfə 2017-ci ildə, Cenevrədə görüşdülər.