Ermənistanda son bir gün ərzində koronavirusun 339 yeni halı aşkar edildi, yeddi pasiyent vəfat etdi

12:03, 14.07.2020

Ermənistanda son bir gün ərzində koronavirusun 339 yeni halı aşkar edildi, yeddi pasiyent vəfat etdi. Məlumatı yerli media yayır.

14 iyul göstəriciləri ilə, Ermənistanda koronavirusa yoluxanların sayı 32 490-ı təşkil edir.

Ölkədə koronavirus nəticəsində 581 pasiyent vəfat edib. Virusdan müalicə olunaraq 20 729 pasiyent sağalıb.

Bu günə qədər xəstəxanalarda 11 996 pasiyent müalicəsini davam etdirir.

Oxşar