Ermənistanda son 24 saatda koronavirus 183 şəxsdə təsdiqləndi, 213 pasiyent sağaldı

13:01, 22.01.2021

Ermənistanda son 24 saatda koronavirus 183 şəxsdə təsdiqləndi, 213 pasiyent sağaldı.

Bununla, son bir gündə ölkədə koronavirusdan 9 pasiyent dünyasını dəyişdi, daha iki virusa yoluxan şəxsin dünyasını dəyişməsi səbəbi olaraq digər xəstəliklər qeyd olunur.

Məlumatı, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Milli Profilaktika Mərkəzinə əsaslanaraq erməni mediyası yayır.

Son bir gündə koronavirus üzrə ölkədə 2 042 test keçirildi.

22 yanvar vəziyyətinə görə, pandemiyanın başlamasından bu günə qədər Ermənistanda 165 711 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 154 259-u sağalıb.

Ölüm hallarına gəlincə, Ermənistanda koronavirusdan ümumilikdə 3 030 nəfər dünyasını dəyişib, daha 744 kovid pasiyentin dünyasını dəyişməsi səbəbi olaraq digər xəstəliklər qeyd olunur.

 

 

Oxşar