Ermənistanda son 24 saat ərzində koronavirusun 97 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 97 yeni halı aşkar edildi, ikipasiyent isə, vəfat etdi.
Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.
31 avqust göstəriciləri ilə, epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 43 878 halı qeydə alındı. Buradan 38 356 pasiyent artıq sağalıb. Ümumilikdə 1 149 insan vəfat edib.